Ukrayna bu bölgənin azad edildiyini ELAN ETDİ
    • 11-09-2023, 11:42
    • 122

Ukrayna bu bölgənin azad edildiyini ELAN ETDİ

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndinin bir hissəsini azad ediblər.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Ukrayna əsgərlərinin Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndində irəliləyiş əldə etdiyini bildirən Malyar, "Müdafiə qüvvələrimiz bu qəsəbənin bir hissəsini azad etdi" deyib.

Malyar bildirib ki, Ukrayna əsgərləri son bir həftədə Donetsk vilayətinin Novomayorske yaxınlığında qismən uğur qazanıb və tutduqları mövqelərdə məskunlaşıblar.

Aydan