Məşhur reper dünyasını DƏYİŞDİ
    • 11-09-2023, 14:26
    • 515

Məşhur reper dünyasını DƏYİŞDİ

43 yaşlı rusiyalı reper Eysik (əsl adı İqor Voinov) dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə onun “VKontakte” sosial şəbəkəsindəki rəsmi qrupunda məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-da səhər tezdən musiqiçinin ürəyi dayanıb. Yaxınlarının dediyinə görə, Eysik sağlam həyat tərzi sürdüyü üçün onun qəfil ölümü hər kəs üçün şok olub. Məlum olub ki, musiqiçi uzun illər yüksək təzyiqlə mübarizə aparırmış. O, sentyabrın 6-da insult keçirib. Həkimlər onun sağalması üçün əməliyyat edib və onu süni komaya salsalar da, musiqiçi ayılmayıb.

O, Krasnodarda dəfn olunacaq.

Aynurə