Azərbaycanda hava KƏSKİN SOYUQLAŞDI
    • 11-09-2023, 16:28
    • 496

Azərbaycanda hava KƏSKİN SOYUQLAŞDI

Senytabrın 11-də saat 15:30-a olan məlumata əsasən Şahbuz, Naftalan, Tərtər, Mingəçevir, İmişli, Yevlax, Göyçay, Beyləqan, Sabirabad, Cəfərxan, Hacıqabul, Lənkəran, Astara, Neftçala, Biləsuvarda leysan xarakterli yağış yağıb.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.