Mərakeşdə zəlzələ qurbanlarının SAYI ARTDI
    • 11-09-2023, 20:15
    • 215

Mərakeşdə zəlzələ qurbanlarının SAYI ARTDI

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb.

News24.az  yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ən azı 2501 nəfər yaralanıb. 

Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub.