Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatdı
    • 11-09-2023, 16:55
    • 109

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatdı

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2497 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, ən çox itki Al Haouz (1452) və Tarudant (764) əyalətlərində qeydə alınıb. 

Təcili yardım xidmətləri binaların dağıntıları altında qalan ölü və yaralıların axtarışlarını davam etdirir.

Mərakeş rəsmiləri bir gün əvvəl 2122 nəfərin öldüyünü və 2420 nəfərin yaralandığını bildiriblər.

Xatırladaq ki, krallıqda zəlzələ sentyabrın 8-də baş verib. Təbii fəlakət yaşayış evlərinə, eləcə də bir sıra mədəni-tarixi dəyərə malik obyektlərə ziyan vurub, bəziləri dağılıb. Ölkədə 3 günlük matəm elan edilib.

Qumral