Mərakeşdə zəlzələdə ölənlərin sayı 2100-ü ötdü
    • 10-09-2023, 20:57
    • 201

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2100-ü ötdü

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 122-yə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2 400 nəfər yaralanıb. Yaralılardan 1 404-nün vəziyyəti ağırdır.