“Putin Uzaq Şərqə səfərləri zamanı üç gün yatmır”
    • 12-09-2023, 01:46
    • 184

“Putin Uzaq Şərqə səfərləri zamanı üç gün yatmır”

“Rusiya Prezidenti Uzaq Şərqə səfərləri zamanı praktiki olaraq üç gün yuxusuz qalır”.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamsı zamanı deyib.

O bildirib ki, Putin Rusiyanın mərkəzi hissəsinə nisbətən saat qurşaqlarının çox fərqləndiyi regionlara səyahət edərkən əksər hallarda yerli vaxta keçmir.

"O, Moskva vaxtı ilə yaşayır, yəni Moskvada gecə olanda da o işləyir", - Peskov qeyd edib.

Həmçinin, Peskov əlavə edib ki, belə səfərlər adətən üç gün davam edir.