Moskva görüşü bu tarixdə olacaq: saziş... - Peskov
    • 23-10-2021, 13:47
    • 617

Moskva görüşü bu tarixdə olacaq: saziş... - Peskov

Əgər belə bir saziş hazırlansa, biz öz vaxtında bu barədə məlumat yayacağıq.

Bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilməsi gözlənilən görüşü ilə bağlı deyib.

O bildirib ki, Moskvada 3 liderin noyabrın birinci ongünlüyündə görüşü nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə “Sputnik” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Moskva görüşündə üçtərəfli bəyanatın imzalanacağı haqda məlumat yaymışdı. /Axar.az/