Ordu ilə bağlı yalan məlumatlar yayan şəxs HƏBS EDİLDİ - YENİLƏNDİ
    • 12-09-2023, 15:16
    • 345

Ordu ilə bağlı yalan məlumatlar yayan şəxs HƏBS EDİLDİ - YENİLƏNDİ

Ordu ilə bağlı “Tik-Tok”da yalan məlumatlar yayan şəxs həbs olunub.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib. Məlumata görə, Abşeron rayon məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.


***

13.42

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

News24.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.