Rusiyada yenə səfərbərlik olacaq?
    • 12-09-2023, 14:49
    • 194

Rusiyada yenə səfərbərlik olacaq?

Rusiya prezidenti Valdimir Putin Rusiyada yeni səfərbərlik olacağı ilə bağlı sualları cavablandırıb.

News24.az xəbər verir ki, ölkə lideri bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Rusiya qoşunlarına 300 min nəfərin çağırılıb. Son 6 ayda 270 min nəfər Rusiya Federasiyası Silahlı Qüvvələrində və könüllü birləşmələrdə xidmət etmək üçün müqavilə imzalayıb.

Putin əlavə edib ki, Rusiya vətəndaşları ölkənin maraqlarını qorumaq üçün bunu könüllü edirlər.

Qumral