-
- 28-07-2023, 12:44
- 235
Putin Afrikaya 90 milyon dollar ayırır
“Rusiya Afrika ölkələrinə borclarının silinməsi üçün təxminən 90 milyon dollar göndərəcək”.
News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Rusiya tərəfi Afrikanın “böyük yük”ünü yüngülləşdirmək üçün səy göstərir və bu prosseslərdə iştirak edir.
Məlumata görə, artıq silinən ümumi borc 23 milyard dollardır.
"Afrika ölkələrinin son müraciətlərinə əsasən, biz onların inkişafı üçün bu məqsədlər üçün 90 milyondan çox vəsait ayıracağıq", - Putin bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya lideri sanksiyalara baxmayaraq, Afrikaya Rusiya kənd təsərrüfatı məhsullarının tədarükünün artığını açıqlayıb.
Arzu