Ordunun mövqelərini hədəfə alan terrorçular zərərsizləşdirilib
    • 12-09-2023, 14:55
    • 95

Ordunun mövqelərini hədəfə alan terrorçular zərərsizləşdirilib

Suriyada Türkiyə ordusunun mövqelərini hədəfə alan terrorçular zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Yeganə məqsədi bölgədə qan tökmək olan PKK/YPG terrorçularına haqq etdikləri şəkildə cavab veririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyat zonasında təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - məlumatda deyilir.

Ayşən