Messi özünə yeni malikanə ALDI
    • 12-09-2023, 15:28
    • 353

Messi özünə yeni malikanə ALDI

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ-da malikanə alıb.

 News24.az xəbər verir ki, bu barədə RMC Sport məlumat verib.

Məşhur futbolçunun aldığı dəniz mənzərəli ev Floridanın cənubundakı şərq sahilində, Mayamidən 45 km aralıda kurort şəhəri olan Fort Lauderdeyldə yerləşir.

Malikanənin ümumi sahəsi 976 kvadratmetr olan səkkiz yataq otağı, ərazisində hovuz, idman zalı və spa var. Onun dəyəri 10 milyon avronu keçir.

Messi üçün bu malikanənin üstünlüyü klubun məşq mərkəzinə və stadionuna yaxın olmasıdır.

Aynurə