Novruz bayramında Naxçıvana əlavə reyslər açılacaq – RƏSMİ
    • 14-03-2019, 12:25
    • 766

Novruz bayramında Naxçıvana əlavə reyslər açılacaq – RƏSMİ

Novruz bayramı ərəfəsində “Azal” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu News24.Az-a açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, bayram ərəfəsində əlavə reyslər açılacaq: “Həm “Azal”, həm də "Buta Airways" aviaşirkəti bayram ərəfəsində gücləndirilmiş şəkildə fəaliyyət göstərəcək. Əhalinin sıxlığından asılı olaraq reyslər açılacaq”. 
Paşa Kəsəmənski onu da qeyd edib ki, bayram ərəfəsində Naxçıvan Muxtar Respublikasına da əlavə reyslər açılacaq. 

Sevinc YASİNQIZI