-
- 12-09-2023, 16:38
- 894
Həsən Hüseynov yeni vəzifəyə təyin edildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
TƏBİB-dən News24.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu bu gün kollektivə təqdim edib.
Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.
H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.
O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.