-
- 12-09-2023, 17:11
- 297
Bu, diplomatiyada ciddi uğur kimi qiymətləndirilməlidir - Fazil Mustafa
“Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım maşınının Ağdam-Xankəndi yolu ilə Xankəndiyə daxil olması bizim üçün çox əlverişli bir presedent yaratdı”.
Bunu News24.az-a millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, bu, diplomatiyada ciddi uğur kimi qiymətləndirilməlidir.
“Bu məsələnin üzərində mütləq düşünməliyik. Hesab edirəm ki, biz artıq bunu diplomatiyada ciddi bir uğur kimi qiymətləndirib, bunun təbliğatını aparmalıyıq. Çünki ermənilər tələb edirdilər ki, Ağdam-Xankəndi yolundan istifadə etməyəcəyik. Amma qida məhsullarının qəbul edilməsi göstərdi ki, onlar əvvəl-axır bütün inadkarlıqlarına son qoyacaqlar. Bu baxımdan, biz suveren hüquqlarımızın həyata keçirilməsi istiqamətində daha bir addım atmış olduq. Tədricən bu yolun daha işlək vəziyyətə gəlməyini təmin etməliyik. Bura təşəbbüs göstərib gəlmək istəyənlər Azərbaycan dövlətinin razılığı ilə ancaq bu yoldan istifadə edə bilər. Bu, bizim üçün çox ciddi dəyişim nöqtəsi oldu”, - deputat vurğulayıb.
Akqabay Mıradov