-
- 6-01-2023, 10:03
- 427
"Avropa Şurası qətnaməsinin icrasını həyata keçirməliyik" - Fazil Mustafa
"Sərsəng su anbarı ilə bağlı Avropa Şurasının ayrıca qətnaməsi var. O zaman sabiq millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə belə bir qətnamə qəbul olunmuşdur. İlk dəfə bu sənəddə Avropa Şurası Ermənistanı işğalçı dövlət kimi tanımışdır. Biz o qətnamənin də icrasını həyata keçirə bilərik, necə ki, Qarabağda BMT-nin qətnamələrini özümüz həyata keçirdik".
Bunu News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, Sərsənglə bağlı Azərbaycan çox ciddi addımlar atmalıdır:
"Bunu hər hansı şəkildə Ermənistanın təşəbbüsünə buraxa bilmərik ki, onlar bizim torpaqlarda istədiyi kimi suyumuzu kəssinlər. Ona görə də, ermənilərə qarşı bu istiqamətdə ciddi addımlar atmalıyıq. Çünki Sərsəng su anbarı məsələsi çox ciddi məsələdir və bunu ermənilərin istədiyi şəkildə Azərbaycana təzyiq göstərmə vasitəsinə çevirmək olmaz! Bu istiqamətdə dövlət səviyyəsində də müəyyən addımların atılması sözsüz ki, düşünülür və atılacaq da".
Aynurə