Sahibə Qafarova “Naməlum əsgər” abidəsini ziyarət etdi - FOTO
    • 12-09-2023, 23:37
    • 242

Sahibə Qafarova “Naməlum əsgər” abidəsini ziyarət etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.

News24.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri Rossen Jelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.