Təyyarə qəzasında Qusar sakini olan bacı-qardaş da həlak olub
    • Bu gün, 10:03
    • 149

Təyyarə qəzasında Qusar sakini olan bacı-qardaş da həlak olub


Təyyarə qəzasında iki Qusar sakininin də öldüyü məlum olub.

Lent.az xəbər verir ki, Qusar rayin İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzovun verdiyi məlumata görə, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.