Azərbaycanda torpaq sürüşməsi oldu
    • 13-09-2023, 09:30
    • 284

Azərbaycanda torpaq sürüşməsi oldu

Oğuz rayonunun Filfilli kəndində torpaq sürüşməsi olub.

News24.az "Report"a istinadən xəbər verir ki, dağlıq ərazidən sürüşən torpaq kütləsi kənd sakini Eynulla Süleymanovun həyətyanı sahəsinə tökülüb.

Nəticədə həyətin bir hissəsi torpaq altında qalıb.

Hadisə zamanı tələfat və dağıntı qeydə alınmayıb.