Braziliyada torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb
    • 14-03-2023, 11:31
    • 400

Braziliyada torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

Braziliyanın Manaus şəhərində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi baş verib.

News24.az xəbər verir ki, nəticədə 4-ü uşaq olmaqla 8 nəfər həyatını itirib.

Şəhərin şərqindəki Xorxe Teyşeyra məhəlləsində 11 evin torpaq altında qalıb.

Ərazidə axtarış-xilasetmə işlərinin davam edir.

Xatırladaq ki, ötən ay Sao Paulo əyalətində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 65 nəfər həyatını itirib.

Qumral Əliyeva