Şimali Koreya Yapon dənizinə RAKET ATDI
    • 13-09-2023, 11:20
    • 194

Şimali Koreya Yapon dənizinə RAKET ATDI

Bu gün Şimali Koreya iki ballistik raket buraxıb və onlar Yapon dənizinə düşüb. 

News24.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin məlumatına görə, raketlər 350 və 650 km uçub. Sursat Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Müdafiə Nazirliyi raketlərin dəyişkən uçuş marşrutuna malik ola biləcəyini qeyd edib. 

Yaponiya hakimiyyəti bütün gəmiləri və təyyarələri məlumatı izləməyə və düşmüş fraqmentlər aşkar edilərsə, onlara yaxınlaşmamağa, təhlükəsizlik xidmətinə məlumat verməyə çağırıb.

Aynurə