-
- 13-09-2023, 12:22
- 534
Rusiya avtomobillərinin bu ölkəyə girişi QADAĞAN EDİLDİ
Estoniya sentyabrın 13-də səhər saat 10-dan etibarən Rusiya Federasiyasının dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin ölkəyə girişini qadağan edib.
News24.az “İnterfax”a istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lauri Lyanemets bildirib.
“Estoniya Avropa Komissiyasının sentyabrın 8-də Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların daha da aydınlaşdırılması ilə bağlı dərc etdiyi direktivə əməl edir. Buna əsasən, Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin artıq Avropa İttifaqı ərazisinə buraxılmasına icazə verilmir”, - nazir bildirib.
Məhdudiyyət bir gün əvvəl Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edən Latviya və Litva ilə razılaşdırılıb.
Rusiya qeydiyyat nişanlı avtomobillər Estoniyanı xarici sərhəddən keçə və ya daxili Aİ sərhədlərini keçə bilər. Amma belə nəqliyyat vasitəsi sərhəd-keçid məntəqəsinə daxil olanda Vergi və Gömrük Departamenti müvafiq prosedurları həyata keçirəcək. Şəxs ya avtomobili ilə Rusiyaya qayıtmalı, ya da onsuz sərhədi keçməli olacaq.
Sentyabrın 8-də Avropa Komissiyası Rusiya vətəndaşlarının Aİ ölkələri daxilində səyahətini məhdudlaşdıran qaydaların izahatını dərc edib . Xüsusilə Aİ ölkələri rusların şəxsi avtomobillərini müsadirə etmək hüququ əldə ediblər.
Sentyabrın 12-də Litva Daxili İşlər Nazirliyi rusiyalıların ölkəyə daxil olacağı təqdirdə şəxsi avtomobillərini müsadirə edəcəklərini açıqlayıb. Həmin gün Latviya hakimiyyəti Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirə olunmaq təhlükəsi ilə Latviya sərhəd-keçid məntəqələri vasitəsilə Aİ-yə daxil olmasını əngəlləyib. Finlandiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya avtomobillərinin ölkəyə girişini qadağan etməyəcək.
Akqabay