-
- 13-09-2023, 13:22
- 198
NATO təlimləri Rusiya ilə müharibəyə səbəb ola bilər
Amerikalı hərbi ekspert Duqlas Makqreqor Rumıniya və NATO donanmasının bu həftə Qara dənizdə keçirəcəyi hərbi təlimlərdən narahatlığını bildirib. O, xəbərdarlıq edib ki, onların manevrləri Rusiya Federasiyası ilə birbaşa qarşıdurmaya səbəb ola bilər.
News24.az xəbər verir ki, Pentaqonun rəhbərinin keçmiş müşaviri Qara dənizin Rusiya Federasiyası üçün əhəmiyyətini Karib dənizinin ABŞ üçün əhəmiyyəti ilə müqayisə edib. O, Moskvanın bu regionda hərbi gəmilərin hərəkətlərini izləməkdə çox sayıq olacağını proqnozlaşdırıb.
"Əgər onlar ruslar üçün həyati əhəmiyyət kəsb edən bir şeyə çox yaxınlaşsalar, onlar hərəkətə keçəcəklər", - deyə bildirib.
Aynurə