"Ukrayna heç vaxt NATO-da olmayacaq, çünki kimsə Rusiya ilə döyüşməlidir
    • 26-07-2023, 13:07
    • 251

"Ukrayna heç vaxt NATO-da olmayacaq, çünki kimsə Rusiya ilə döyüşməlidir"

“Ukrayna heç vaxt NATO-da olmayacaq, çünki kimsə Rusiya ilə döyüşməlidir”.

News24.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. 

“Hesab edirəm ki, biz heç vaxt NATO-da olmayacağıq. Biz ən qabaqcıl imkanlara malik tərəfdaşlar olacağıq. Bizi NATO standartlarına “darayacaqlar”, onlar yenidən silahlanmanı həyata keçirməyə kömək edəcəklər, amma kiməsə Rusiya ilə döyüşmək lazımdır. Bu əsas amildir. Bizim yeganə yolumuz qonşularımızla öz hərbi-siyasi blokumuzu yaratmaqdır. Baltik-Qara dəniz ittifaqı nəzərdən keçirilir, Ukrayna-Polşa əməkdaşlığı, Böyük Britaniya bura gələ bilər. Bir ölkənin NATO-da olması başqa ölkələrlə müttəfiqlik haqqında sazişlərin imzalanmasını qadağan etmir. ABŞ-ın NATO üzvü olmayan 17 müttəfiqi var. Müttəfiq isə sizin üçün vuruşandır”, - O.Jdanov qeyd edib.

Akqabay