Ruslar Xarkovu mühasirəyə alacaq - Makqreqor
    • 8-09-2023, 14:22
    • 193

Ruslar Xarkovu mühasirəyə alacaq - Makqreqor

Rus qoşunları hücum zamanı Xarkovu mühasirəyə alacaq.

News24.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Almaniyanın “Die Weltwoche” Youtube kanalına müsahibəsində bildirib. 

“Onlar yavaş-yavaş Ukraynanın şərqində şimala doğru irəliləyirlər, nəhayət daha da şərqə, sonra da şimala doğru hərəkət edərək Xarkovu mühasirəyə alacaqlar”, - Makqreqor qeyd edib.

Onun fikrincə, rus qoşunları Ukrayna ordusu üçün tələ hazırlayıb və bu tələdə Ukrayna Silahlı Qüvvələri böyük itki verəcək. Bundan əlavə, Makqreqor əmindir ki, kəşfiyyat sayəsində Rusiya tərəfi döyüş meydanında istənilən hədəfi “aşkar edib məhv edə” bilir.

Akqabay