Arutyunyan İrəvanda HƏBS EDİLƏCƏK?
    • 13-09-2023, 14:33
    • 487

Arutyunyan İrəvanda HƏBS EDİLƏCƏK?

Xankəndidəki terrorçu-separatçıların keçmiş “başçısı” Araik Arutyunyan  və Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Cəlal Arutyunyan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına çağırılacaqlar. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan “Hraparak”a müsahibəsində bildirib. 

Xatırladaq ki, müharibə şəraitini öyrənən komissiya sonuncu dəfə Ermənistanın həbsdə olan müdafiə naziri Davit Tonoyanı dindirib.

Akqabay