Rusiya və Ermənistan Müdafiə nazirləri telefonla danışıb
    • 31-05-2021, 14:18
    • 586

Rusiya və Ermənistan Müdafiə nazirləri telefonla danışıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

News24.az
xəbər verir ki, bu barədə  Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Danışıq zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, Qarabağdakı Rusiya sülhməramlılarının qarşıya qoyulan tapşırıqları icrası durumu müzakirə edilib.