Xankəndidə çaxnaşma: Araik İrəvana çağırılır
    • 6-07-2023, 10:52
    • 527

Xankəndidə çaxnaşma: Araik İrəvana çağırılır

44 günlük müharibədən 3 il sonra Nikol Paşinyan müharibə şəraitini araşdıran istintaq komissiyasında dindirilib. Hazırda komissiyada baş nazirdən sonra hansı məmurların dəvət olunması müzakirə olunur.

News24.az xəbər verir ki, “Joqovurd” qəzetinə daxil olan məlumata görə, istintaq komissiyası Qarabağdakı erməni separatçıların “başçısı” Araik Arutyunyanun dindirilməsini müzakirə edir.

Hazırda Xankəndidə buna görə separatçılar arasında çaxnaşma yaşanır. Çünki baş separatçının Qarabağdan çıxışı və İrəvanda onu nəyin gözlədiyi müzakirə mövzusudur. 

Daha sonra komissiya qondarma “Dağlıq Qarabağ” müdafiə ordusunun keçmiş komandiri Cəlal Arutyunyanı və keçmiş müdafiə naziri Davit Tonoyanı dindirmək üçün parlamentə dəvət etmək niyyətindədir. Məlumata görə, dünən Davit Tonoyan istintaq komitəsinin iclaslarında iştirak etmək məqsədilə parlamentə getməsinə icazə verilməsi üçün məhkəməyə vəsatət verdiyini açıqlayıb.

Akqabay