Ekspert gözlənilən təhlükədən danışdı:
    • 13-09-2023, 17:29
    • 296

Ekspert gözlənilən təhlükədən danışdı: "MALİYYƏ RƏHBƏRLİYİ ELƏ TƏLƏYƏ DÜŞÜB Kİ.."

ABŞ-ın maliyyə və siyasi rəhbərliyi özünü elə bir tələyə salıb ki, ondan artıq qurtulmaq mümkün olmayacaq.

News24.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin bildirib.

Onun sözlərinə görə, hazırda Amerika hakimiyyətinin gözlənilən iqtisadi fəlakətdən təhlükəsiz çıxış yolu yoxdur. Ekspert qeyd edib ki, indi yalnız maliyyə uçurumuna düşmək seçimi var.

“Birinci seçim çap maşını dayandırmaqdır. Bu, ABŞ-da artıq qorxulu həddə çatan inflyasiyanın artımını dayandıracaq. Eyni zamanda, belə siyasət əhalinin həyat səviyyəsinin çökməsinə və güclü sosial partlayışa gətirib çıxaracaq.

İkinci variant pul çap etməyə və insanlara paylamağa davam etməkdir, lakin sonra artıq pul kütləsi elə səviyyələrə çatacaq ki, sözün əsl mənasında hər şeyin bahalaşması hiperinflyasiyaya çevrilə bilər ki, bu da sosial təlatümlərə səbəb olacaq”.

Ayşən