-
- 13-09-2023, 20:20
- 645
“Qarabağ problemi bizim arqumentlərlə ilə həll edilə bilməz” - Paşinyan
“Ermənistan Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməz və edə bilməyəcək”.
News24.az “Caliber”ə stinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatında “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın “Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyi ilə bağlı erməni arqumentləri varmı” sualını cavablandırarkən deyib.
“Əslində sualınız artıq sizə cavab verir. Bu, istər müxalifət, istərsə də iqtidar olmağımızdan asılı olmayaraq, hamımız üçün ümumidir. Biz uzun illərdir ki, “erməni arqumenti” anlayışından istifadə etmişik və Qarabağ problemini bu konsepsiya çərçivəsində həll etməyə çalışmışıq. Təəssüf ki, Qarabağ probleminin erməni arqumentlərilə həll edilməyəcəyini dərk etməmişik. Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arqumentlər və hüquqi qüvvəyə malik qərarlar var. Biz inanırdıq ki, erməni arqumentləri ilə onları zəiflədə, üstələyə, ləğv edə bilərik”, - Paşinyan cavab verib.
“Problem ondadır ki, biz heç bir məsələni erməni arqumentləri ilə həll edə bilmərik, bu gün də edə bilməyəcəyik. Əgər bu mümkün olsaydı, müxalifət vaxtında məsələni həll edərdi və məsələ bu günə qədər gəlməzdi”, - baş nazir bəyan edib.
Danışıqlar zamanı Azərbaycana problemi müharibəsiz həll edəcəyinə dair ümid vermək lazım olduğunu bildirən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın bəyanatına toxunan Nikol Paşinyan qeyd edib ki, yeni hakimiyyət Azərbaycana ümid verə bilməzdi, çünki ümid vermək üçün imkanlar artıq tükənmişdi.
“Biz hakimiyyətə gələndə artıq verdiyiniz ümidləri doğrultmağın vaxtı çatmışdı. Bütün məsələ budur”, - Paşinyan deyib.