Azərbaycanda benzin və dizelin istehsalı 20%-dən çox artıb - CƏDVƏL
    • 14-09-2023, 09:49
    • 286

Azərbaycanda benzin və dizelin istehsalı 20%-dən çox artıb - CƏDVƏL

Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-avqust aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

951,2

121,3

22,1

Ağ neft, min ton

384,2

107,5

42,3

Qazoyllar (dizel yanacağı), min ton


1547,4


122,4


97,3

Mazut, min ton

5,2

7,7

2,6

Sürtkü yağları, min ton

40,0

170,9

4,7

Maye qazlar, min ton

159,6

108,9

2,0

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton



737,7



81,4



27,3

ondan:




neft bitumu, min ton

171,5

66,6

13,6

neft koksu, min ton

160,7

137,8

13,5