Taliban Çinin yeni səfirini qəbul etdi
    • 14-09-2023, 13:00
    • 167

Taliban Çinin yeni səfirini qəbul etdi

"Taliban" Kabildəki prezident sarayında Çinin Əfqanıstandakı yeni səfiri  Zhao Şenqi qarşılayıb.

News24.az xəbər verir ki, qarşılanma mərasimi təntənəli şəkildə keçirilib. 

Qeyd edək ki, Taliban 2021-ci ildə Əfqanıstana nəzarəti ələ keçirib. Çin, Pakistan, İran və Rusiya Əfqanıstanda hələ də diplomatik mövcudluğunu qoruyur. 

Aynurə