Türkiyə MN: Ermənistan Azərbaycanla sərhəddə səngərlər qazır
    • 14-09-2023, 13:18
    • 208

Türkiyə MN: Ermənistan Azərbaycanla sərhəddə səngərlər qazır

Ermənistanın bölgədə təkcə atəşkəsi pozması deyil, həm də səngərlər qazması, yeni mövqelərdə istehkamlar inşa etməsi müşahidə olunur.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməlidir:

“Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.