Ərdoğan: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanırıq"
    • 20-09-2022, 19:48
    • 417

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanırıq"

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb.

News24.az-ın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən normallaşma proseslərini dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atıb.

“Son günlərdə yaşanan gərginlik bu gözəl mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli bir sülh sazişinin imzalanmasının mümkün olduğuna inanırıq. Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daima yanlarında olmağa davam edəcəyik”, - deyə o bildirib.

Ərdoğan bölgədəki nəqliyyat kommunikasiyaların ən qısa zamanda açılmasının hər kəsin rifahına qatqı olacağını vurğulayıb.