İran Ermənistan ərazisindən silah tədarük edir - FOTOFAKT
    • 14-09-2023, 16:30
    • 321

İran Ermənistan ərazisindən silah tədarük edir - FOTOFAKT

İran Ermənistan ərazisindən silah tədarük edir.

News24.az xəbər verir ki, bu barədə İsrailin “İsrael-Alma” tədqiqat mərkəzinin dərc etdiyi “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı” adlı məqalədə əksini tapıb.

Məqalədə Ermənistanın İranla hərbi əməkdaşlığı, xüsusilə 2007-ci ildə Ermənistanın İranı Suriyadakı Amerika qoşunlarına qarşı silahlı birləşmələrin istifadə etdiyi raketlərlə necə silahlandırmasından bəhs edilib.

Mərkəz Hələbdə erməni icmasının olduğunu da xatırladıb. Məqalədə deyilir ki, İran və Ermənistan arasında əməkdaşlıq Suriyaya, eləcə də İranın maraq dairəsində olan digər bölgələrə də şamil edilir.

“Məsələn, 2007-ci ildə Ermənistan İrana iranpərəst silahlı birləşmələr tərəfindən İraqdakı Amerika qoşunlarına qarşı istifadə edilən raketlər verib. İran hazırda Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyir”, - nəşr yazır.

Qeyd olunur ki, İran Azərbaycana qarşı müxtəlif cəbhələrdə fəaliyyət göstərir, Ermənistana silah və hərbi texnika ötürməklə əməliyyatlar aparır: “İranın Ermənistanı təkcə Azərbaycanla bağlı deyil, həm də İranın Suriya və Livandakı səylərini dəstəkləmək üçün istismar etməsi, Ermənistana göndərilən silah və texnikanın bir hissəsinin Suriyaya, oradan da Livana ötürməsi mümkündür”.

Akqabay