Rusiyanın Baş prokuroru Azərbaycana  GƏLDİ - YENİLƏNİB  - VİDEO
    • 14-09-2023, 22:22
    • 159

Rusiyanın Baş prokuroru Azərbaycana  GƏLDİ - YENİLƏNİB - VİDEO

Bakıda keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan Respublikasının Baş prokuroru ilə Rusiyalı həmkarı arasında baş tutan ikitərəfli görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyi, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd edilib. 

Ətraflı RTV-nin süjetində: