Azərbaycan da daxil olmaqla 34 ölkədən keçdi - Foto
    • 10-05-2024, 21:55
    • 141

Azərbaycan da daxil olmaqla 34 ölkədən keçdi - Foto

İğdırda peyk ötürücüsü quraşdırılan şahin iki il ərzində üç qitənin 34 ölkəsindən keçib və 48 865 kilometr məsafə qət edib.

News24.az azvision.az-a istinadla bildirir ki, Türkiyənin Araz Quş Araşdırma Mərkəzindən verilən məlumata görə, səyahət zamanı çöl şahini Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Qazaxıstan, Suriya, İraq, İordaniya, Livan, Fələstin, İsrail, Səudiyyə Ərəbistanı və digər ölkələrdə olub.

Şahin yay aylarını Rusiyada, qış aylarını isə Namibiyada keçirib. Əsas yaşayış yeri isə Araz çayının vadisi olub.