Jurnalistikada uğur qazanmaq üçün nə edək? - VİDEO
    • 7-05-2024, 22:00
    • 490

Jurnalistikada uğur qazanmaq üçün nə edək? - VİDEO

News24.az xəbər portalının baş redaktoru və RTV internet televiziyasının icraçı direktoru Tural Müseyibov Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin tələbələri ilə görüşüb. 

Tələbələrin suallarını cavablandıran Tural Müseyibov səslənən bütün fikirlərə detallı açıqlamalar verib. O, tələbələrə işlərinə sevgi ilə yanaşmağı, hər zaman mübariz olmağı, məqsədlərinə çatmaq üçün yorulmadan çalışmağı tövsiyyə edib. 

Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı, ADU-nun 2 və 3 saylı tədris korpusları üzrə rektor məsləhətçisi Anar Osmanlının iştirakı ilə keçirilən görüşdə Tural Müseyibov jurnalistika sahəsində ilk fəaliyyəti, dövlət qulluğunda çalışdığı dövrlər, əldə etdiyi nəaliyyətlər, qazanılan uğurlar, peşəkar fəaliyyət, yeni media qaydalarından danışıb. 

Tural Müseyibov görüşün təşkilinə görə ADU-nun rektoru akademik Kamal Abdullaya, Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızına, ADU-nun 2 və 3 saylı tədris korpusları üzrə rektor məsləhətçisi Anar Osmanlıya minnətdarlığını ifadə edib.