Avropa kuboku uğrunda keçirilən yarışda idmançımız gümüş medal qazanıb - FOTO
    • 14-03-2019, 17:17
    • 967

Avropa kuboku uğrunda keçirilən yarışda idmançımız gümüş medal qazanıb - FOTO

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku uğrunda yarış keçirilib.  16 ölkədən beş yüzədək yeniyetmə cüdoçunun mübarizə apardığı turnirdə ölkəmizin yığma komandası da iştirak edib.

News24.az xəbər verir ki, millimizin tərkibində tatami üzərinə çıxan DİN İdman Cəmiyyətinin yetirməsi Nahid İsmayılov çəkisi 66 kiloqramadək olan idmançılar arasında gümüş medal qazanıb.

Cüdo üzrə digər ünlü turnir isə Polşanın paytaxtı Varşavada baş tutub. Kişi cüdoçular arasında keçirilən açıq Avropa Kuboku uğrunda yarış millimizin tərkibində güləşən DİN İdman Cəmiyyətinin daha bir yetirməsi İbrahim Əliyev üçün də uğurlu olub. O, çəkisi 66 kiloqramadək olan gənc cüdoçular arasında turnirin ikincisi olub.

DİN İdman Cəmiyyətinin məşqçisi Mais Məmmədov bu qələbələrin yetirmələri üçün çox önəmli olduğunu, onları gələcək yarışlara həvəsləndirdiyini dedi.