-
- 23-05-2019, 17:05
- 1 723
WAKO - 25-ci Dünya Kuboku keçirilib - FOTO
Macarıstanın paytaxtı Budapeşt şəhərində may ayının 16-dan 19-dək kikboksinq üzrə WAKO - 25-ci Dünya Kuboku keçirilib. 3 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı,əməkdar idman ustası Eduard Məmmədovinamlı mübarizə aparıb.
News24.az xəbər verir ki, təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan E.Məmmədov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib. Daha sonra rumın və macar idmançıları da məğlub edən kikboksçumuz dünya kuboklarının sayını 7-yə çatdırıb.
Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 5 medal əlavə ediblər. Onlardan Amin Quliyev, Nicat Ələkbərli qızıl, Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medal qazanıblar.
Onu da qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.
Xatırladaq ki, polis polkovnik-leytenantı E.Məmmədov idmanın kiqboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.