Liviya üçün BMT-dən YARDIM ÇAĞIRIŞI
    • 14-09-2023, 23:36
    • 143

Liviya üçün BMT-dən YARDIM ÇAĞIRIŞI

BMT minlərlə insanın daşqından zərər çəkdiyi Liviyaya 71,4 milyon dollarlıq təcili yardım çağırışı edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, BMT Baş katibin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths məsələ ilə bağlı yazılı açıqlama verib.

Liviyada selin miqyasının dəhşətli olduğunu bildirən Griffiths, ilk etapda 250 min insana təcili dəstək vermək üçün yardıma ehtiyac olduğunu bildirib.

Griffiths, həyat qurtaran ehtiyacların çatdırılmasının böyük əhəmiyyət daşıdığına diqqət çəkib və bu yolla sağlamlıq böhranının qarşısının alına biləcəyini qeyd edib

Günəş Mərd