BMT-dən Liviyaya 10 milyon dollar YARDIM
    • 14-09-2023, 20:52
    • 110

BMT-dən Liviyaya 10 milyon dollar YARDIM

Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviyaya yardım üçün 10 milyon dollar ayırdığını açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş katibin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths bildirib. 

Griffiths, "Selin baş verdiyi ərazidə bütün məhəllələr xəritədən silinib. Minlərlə insan ölüb, on minlərlə insan evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil" , - deyə qeyd edib.

Griffiths, axtarış-xilasetmə qrupları, həkimlər və yardım materialları göndərərək cəld hərəkətə keçən Liviyanın qonşularına və digər ölkələrə təşəkkür edib.
Günəş Mərd