ABŞ-dən Rusiyaya CAVAB
    • 15-09-2023, 00:31
    • 208

ABŞ-dən Rusiyaya CAVAB

“Biz buna lazımi cavabı verəcəyik” .

News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iki ABŞ diplomatının Moskvada “persona non-qrata” elan edilməsi ilə bağlı deyib.

Bu qərarın əsassız və ədalətsiz olduğunu iddia edən Miller, "Rusiya dialoq və konstruktiv diplomatik əlaqə yerinə yenidən münaqişəni seçdi" , - deyə qeyd edib. 

Miller bəyan edib ki, Rusiya bu ölkədəki ABŞ diplomatik personalını, eləcə də öz vətəndaşlarını təqib etməkdə davam edir.

Miller lazımi addımları atdıqlarını və Rusiyanın ABŞ-dəki səfirini Xarici İşlər Nazirliyinə çağıracaqlarını bildirib.

Günəş Mərd