Şahzadə Diananın məşhur sviteri 1 milyon dollara SATILDI
    • 15-09-2023, 01:44
    • 401

Şahzadə Diananın məşhur sviteri 1 milyon dollara SATILDI

Şahzadə Diananın məşhur  sviteri hərracda 1,14 milyon dollara satılıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, ağ qoyunlar arasında tək qalan qara qoyunu əks etdirən sviter avqustun 31-də Nyu Yorkdakı Sotheby's Hərrac Evində hərraca çıxarılıb. 

Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.

Günəş Mərd