-
- 11-05-2023, 14:04
- 341
Diananın zinət əşyaları hərraca çıxarılır
Zərifliyi, xeyirxahlığı və ictimaiyyətə yaxın mövqeyi ilə Şahzadə Diana təkcə ingilislərin deyil, bütün dünyada insanların ürəyində taxt qurub və xalqın şahzadəsi adlandırılıb. Ölümündən 26 il keçməsinə baxmayaraq hələ də unudulmayıb.
News24.az xəbər verir ki, Uels şahzadəsi bu günlərdə yenidən gündəmdədir. Buna səbəb iyunun 27-də Nyu-Yorkda keçiriləcək hərracdır.
Şahzadə Diananın ölməzdən əvvəl qatıldığı son tədbirdə taxdığı zinət əşyaları dəsti hərracda satılacaq. Diana 1997-ci ilin iyununda Londonda bu zinət əşyaları ilə “Qu gölü” filminin premyerasında iştirak edib.
Nyu Yorkda keçiriləcək auksionda boyunbağı və sırğaların yüksək qiymətə alıcı tapacağı gözlənilir. Diananın ilk zərgərlik məmulatının satışa çıxması üçün alıcıların 5 milyon ilə 15 milyon dollara çata biləcəyi təxmin edilir.
Diana dizayna töhfə verdiyi zərgərlik dəstini tədbirdən sonra istehsalçıya qaytarıb. Sırğaların dizaynı tam tamamlanmadığı üçün Diananın dəsti geri qaytardığı bildirilir./olay/