Məşhur idmançının ayaqqabısı rekord qiymətə satıldı - FOTO
    • 12-04-2023, 09:31
    • 216

Məşhur idmançının ayaqqabısı rekord qiymətə satıldı - FOTO

Dünyaca məşhur basketbolçu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord qiymətə satılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evinin təxminlərinə görə, 2 ilə 4 milyon dollar arasında satılacaq imzalı ayaqqabılar hərracda Cordanının ən bahalı əşyaları arasında olub.

Ayaqqabı 2,2 milyon dollara alıcı tapıb.

Cordanın ayaqqabılarının əvvəlki rekord qiyməti 1,47 milyon dollar olub.

Basketbolçunun 1998-ci ildə NBA finalında geyindiyi forma isə ötən il 10,1 milyon dollara satılıb.

Ümumilikdə 6 NBA çempionluğu, 2 Olimpiya Qızıl medalı və çoxsaylı digər mükafatlarla Maykl Cordan bütün zamanların ən böyük idmançılarından biri hesab olunur.