Türkiyədə ATIŞMA: Bir azərbaycanlı yaralandı
    • 15-09-2023, 13:25
    • 532

Türkiyədə ATIŞMA: Bir azərbaycanlı yaralandı

Türkiyədə silahlı insident yaşanıb.

News24.az  xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə İstanbuldakı kafelərdən birində baş verib. Hadisə zamanı bir azərbaycanlı yaralanıb.

Qeyd olunub ki, 7 nəfər həbs edilib. Onlardan artıq 1-i sərbəst buraxılıb. Tutulan şəxslərin hamısı İsveç vətəndaşıdır.

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.

O, xəstəxanaya yerləşdirilib.

Motosikletdən atəş açan digər iki şübhəli şəxslər axtarılır.

Aynurə