19 yaşlı futbolçu “Mançester Siti”nin RADARINDA
    • 15-09-2023, 19:18
    • 278

19 yaşlı futbolçu “Mançester Siti”nin RADARINDA

Daha bir gənc futbolçu “Mançester Siti”nin radarına girib.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubu "Boka Xuniors"un müdafiəçisi Valentin Barkonun oyununu bəyənib.

İngilislər 19 yaşlı futbolçunun keçidini araşdırmağa başlayıb. Argentina klubu isə Avropanın bir çox top-komandalarının diqqət mərkəzində olan gənc oyunçunu mümkün qədər baha qiymətə satmağa çalışır. 

Qeyd edək ki, ötən mövsüm 18 matçda iştirak edən Barko bir qol vurub və iki məhsuldar ötürmə edib.