Ukrayna Krımı azad edənə qədər bunu edəcək - Danilov
    • 16-09-2023, 12:27
    • 131

Ukrayna Krımı azad edənə qədər bunu edəcək - Danilov

“İşğal altında olan Krımın atəşə tutulması davam edəcək. Bu, Ukrayna yarımadanı azad edənə qədər davam edəcək”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

O, Krımın Ukraynanın lazım bildiyi şəkildə azad ediləcəyini vurğulayıb.

“Bu gün belə görünür ki, ruslar Krımı təkbaşına tərk etməsələr, bizdə olan silahların köməyi ilə onları “tüstülətmək” məcburiyyətində qalacağıq”, - Danilov bildirib.

Krımın atəşə tutulmasını şərh edən Danilov 2020-ci ildə işə salınan raket proqramını xatırladıb. Onun sözlərinə görə, bu, öz bəhrəsini verir: “Bizim ərazimizdə, xüsusən də Krımda düşməni məğlub edən silahların bir hissəsi raket proqramının həyata keçirilməsi və bu gün Qərb modellərindən heç də pis olmayan ən son inkişaflarımızdır”.

Akqabay